“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə əvvəllər məhkum olunan A.Tağızadə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən tərəf hökmdən apellyasiya şikayəti verib. Cinayət işini araşdıran Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlayıb. Qeyd edək ki, 2013-cü il iyulun 10-u Aydın Tağızadə Aqil İsmayılovu bıçaqla vurub. Aqil İsmayılov 3 saylı şəhər klinik xəstəxanasına dünyasını dəyişib. Elə həmin gecə təqsirləndirilən şəxs Sabunçu RPİ 12-ci polis bölməsinə gələrək təslim olub.
Ceyhun
Son xəbərlər
Son Xəbərlər