Tanışlarını bıçaqlayan 2 şəxs tutuldu

tanislarini-bicaqlayan-2-sexs-tutuldu
Oxunma sayı: 1382

Bakıda dünən iki nəfərin bıçaqlanmasında şübhəli bilinən şəxslər saxlanılıb.

Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 11-də saat 23:30 radələrində Binə qəsəbəsi Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayevə bıçaqla ağır bədən xasarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev tutulub. İkinci hadisə isə Sabunçu rayonunda baş verib. Sentyabrın 11-də saat 02:40 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Anatoli Naumova bıçaqla ağır bədən xasarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Bəhruz Hacıyev tutulub.
Murad Əhməd