Meksikanın Çihuahua əyalətində benzinlə dolu 4 tankeri qaçıran cinayətkar dəstə ilə polislər arasında atışma olub.
“Qafqazinfo” “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.
Həmçinin, güllələrdən birinin tankerə dəyməsi nəticəsində yanğın da baş verib.
Qeyd edək ki, Meksikada benzin oğurluğu ilə bağlı buna bənzər hadisələr tez-tez yaşanır.
Son xəbərlər
Son Xəbərlər