Tankı sınaqdan keçirən nazir Moskvanın yolunu soruşdu - Video

tanki-sinaqdan-keciren-nazir-moskvanin-yolunu-sorusdu
Oxunma sayı: 5451

Polşa və İsveçin göndərdiyi ilk “Leopard 2” tankları dünən artıq Ukraynaya gətirilib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Aleksey Reznikov sözügedən bu 4 tankdan birinə baxış keçirib. 

Reznikovun baxış zamanı etdiyi zarafat sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Belə ki, tankın kabinindən çıxan Reznikov Polşa dilində bunları deyib: “Bağışlayın, Moskvaya yol haradandır?” Nazirin zarafatı ətrafdakıların gülüşünə səbəb olub.