“Tanrıya dua edirəm ki, penaltilər seriyası olmasın!”

tanriya-dua-edirem-ki-penaltiler-seriyasi-olmasin
Oxunma sayı: 1923


“Qafqazinfo” qol.az-a istinadən xəbərinə görə, bu sözləri məşhur müğənni Şakira bu gün DÇ-2014-ün final oyunu münasibəti ilə “Marakana” stadionunda təşkil olunan mətbuat konfransında bildirib.

Qeyd edək ki, Şakira sabah finaldan öncə öz mahnısı ilə azarkeşlər qarşısında çıxış edəcək.

O, hazırkı çempionatın da onun üçün maraq kəsb etdiyini söyləyib: “Axı, Braziliyada mənim xeyli pərəstişkarım var. Onların qarşısında çıxış etmək mənim üçün şərəfdir. Bilmirəm, finalda kim qalib gələcək. Amma Tanrıya dua edirəm ki, penaltilər seriyası olmasın!  Bu, çox dəhşətli prosesdir”.