61 yaşında dünyasını dəyişən Tanzaniya prezidenti Con Maqufilinin 26 martda gerçəkləşən dəfn mərasimində 45 nəfər dünyasını dəyişib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl ölənlərin sayının 5 olduğu bildirilirdi. Yeni məlumata görə, cənazəni görmək üçün Uhuru stadionunda izdiham yaradan insanlar qaydalara əməl etməyərək zorla içəri girməyə çalışıblar. Nəticədə 45 nəfər ölüb, 37 nəfər yaralanıb.
Qeyd edək ki, sosial mediada ölümündən 2 həftə əvvəl yoxa çıxması ilə bağlı məlumatlar yayılan Con Maqufili martın 17-də ürəktutmadan dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər