Tapılan məktəblilərin adı açıqlandı

tapilan-mekteblilerin-adi-aciqlandi
Oxunma sayı: 1579

Bakıda itkin düşən məktəblilərin kimlikləri bəlli olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar 2005-ci il təvəllüdlü Həşimov Məhəmməd Şücaət oğlu və həmyaşıdı Quliyeva Fəridə Elnur qızı olub. Məlumata görə, onlar bacı-qardaş yox, qonşu olublar.

Qeyd edək ki, şagirdlər dünən 20 saylı məktəbdə dərsdən çıxdıqdan sonra itkin düşüblər. Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində axşam saat 22:00 radələrində Zabrat qəsəbəsi ərazisində tapılıblar.

Murad Əhməd