Tapılan meyit neftçinin imiş - Adı açıqlandı

tapilan-meyit-neftcinin-imis-
Oxunma sayı: 1746

Dekabrın 15-də Xəzər dənizində neftçilərin olduğu estakadanın uçması, 10 nəfərin itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.

Mərkəzi qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 28 –də dənizin “Pirsaat daş silsiləsi” ərazisində tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1974 – cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu rəsmən təsdiq edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Murad Əhməd