DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Goranboy Rayon Polis Söbəsi əməkdaşları ilə birgə rayonun düşmənlə həmsərhəd olan Tapqaraqoyunlu kəndində sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı səyyar xidmət göstərir.
"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, məqsəd bir müddət əvvəl düşmənin artilleriya zərbəsi nəticəsində kənddə dağılan evlərdə itən sənədlərin bərpasıdır. Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi Tapqaraqoyunlu ilə yanaşı təmas xəttində yerləşən Aşağı Ağcakənd, Başkənd və Buzluq kəndlərində də həyata keçirilir. Gün ərzində təxminən 80-ə yaxın kənd sakininə sənədlər verilib. Tapqaraqoyunlu kəndində həyat öz axarı ilə davam edir. Kənd sakinləri günədlik işləri ilə məşgul olur.
Son xəbərlər
Son Xəbərlər