“Tapşırıq verilib ki, məni partiyadan çıxartmaq lazımdır”

tapsiriq-verilib-ki-meni-partiyadan-cixartmaq-lazimdir
Oxunma sayı: 1619


E. Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o cılız adamların səsləndirdiyi ittihamlara cavab vermək istəmir: “Nemət Kərimli təşkilatın üzvü olsaydı, onun necə fəaliyyət göstərdiyini deyə bilərdi. Bizim hər ay keçirilən iclasımız var. Sadəcə tapşırıq verilib ki, məni partiyadan çıxartmaq lazımdır. Zaman- zaman Qadınlar Birliyini buraxmaq barədə müzakirələr olsa da, bu alınmayıb. Bir şəxslər ki partiya rəhbərliyi səviyyəsində 25 illik fəaliyyət göstərən şəxslərə xəyanətkar damğası vurursa, bu kimi insanların fikirlərinə münasibət bildirməyə ehtiyac yoxdur. N. Kərimli öz davranışlarına nəzər salsın. İstəyirsə, iclaslarımızda iştirak edə bilər”.

E. Məmmədli bir dəfə Divanda iştirak edib suallara cavab verdiyini qeyd edib: “Orada mənim fəaliyyətimlə bağlı hər hansı məsələ deyilmədi. Sadəcə, mənə ADR təşkilatında niyə var olduğumu və Arif Hacılını tənqid edən statusları niyə bəyəndiyimi soruşdular. Bunlar əsasında mənə xəbərdarlıq veriblər”.

Qeyd edək ki, Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, Müsavat Partiyasının qurultayından sonra Ellada Məmmədli hər hansı bir fəaliyyətlə məşğul deyil, Qadınlar Təşkilatı iflic vəziyyətdədir. Yəqin ki, bu məsələ Divanın növbəti iclasında müzakirə ediləcək.

Günel Türksoy