Tarif Şurası 95 dərmanın qiymətini təsdiqlədi

tarif-surasi-95-dermanin-qiymetini-tesdiqledi
Oxunma sayı: 2212

Bu gün Tarif Şurasının növbəti iclası zamanı yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib.

“Qafqazinfo” Tarif Şurasına istinadən xəbər verir ki, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.