Tarif Şurası Ziya Məmmədova “yox” dedi- Şad xəbər

tarif-surasi-ziya-memmedova-yox-dedi-sad-xeber
Oxunma sayı: 658

“Qafqazinfo”nun Tarif Şurasına istinadən məlumatına görə, Bakı şəhərində marşrutların sayının 316-dan 217-dək azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib.

Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmayıb. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi 20 qəpik səviyyəsində saxlanılmış, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb.

Xatırladaq ki, Azərbaycanın Nətqliyyat Nazirliyi Bakıda avtobuslarda gedişhaqqının artırılması təklifi ilə Tarif Şurasına müraciət etmişdi.

Tarif Şurasının bu qərarı mayın 1-dən qüvvədədir.

Bakı şəhəri üzrə marşrut nömrələri

Gediş haqqı 20 qəpik olanlar
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 102, 106, 111, 112, 113, 118, 119, 133, 135, 138, 139, 142, 143, 144, 145, 148, 156, 158, 159, 162, 168, 169, 170, 174, 178, 182, 190, 198, 204, 206, 208, 209, 210, 213, 216

25 qəpik olanlar
104, 105, 108, 109, 110, 116, 117, 120, 121, 124, 125, 129, 132, 134, 137, 140, 147, 151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 176, 177, 179, 180, 183, 184, 185, 186, 188, 191, 193, 196, 199, 201, 202, 205, 211, 214, 217

30 qəpik olanlar
103, 123, 126, 127, 128, 130, 131, 146, 149, 152, 160, 173, 175, 181, 189, 192, 194, 203, 207, 215

35 qəpik olanlar
100, 107, 136, 141, 157, 164, 171, 172, 197, 200, 212

50 qəpik olanlar
101, 114

70 qəpik olanlar
187

80 qəpik olanlar
115, 122, 150, 195