Tarif Şurasının səlahiyyətləri artırıldı

tarif-surasinin-selahiyyetleri-artirildi
Oxunma sayı: 7511

Tarif Şurasının səlahiyyətləri artırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq fərmanında qeyd olunub.

Fərmana əsasən, Tarif Şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.

Tarif Şurası “Qaz təchizatı haqqında” Qanununa uyğun olaraq, Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Dövlət Neft Şirkətinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödənişin məbləğlərini müəyyən edərək Prezidentə məlumat verəcək.

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.