“Qarabağ”ın norveçli yarımmüdafiəçisi Tarık Elyunussi müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, o, müsahibəsində İsveç klubu AİK-ə transferi ilə bağlı gəzən xəbərlərə cavab verib. Elyunussi “Qarabağ”dakı durumundan da danışıb.
- Məni istəyən bir neçə klub var. Amma “Qarabağ”dan məmnunam. Tək pis olan şey Çempionlar Liqasından və Azərbaycan kubokundan kənarda qalmağımız oldu. Çempionatda isə ikinci yerlə fərqimiz 6 xaldır. Elə də böyük fərq olmasa da, yaxşı sonluq gözləyirik.
- İsveçin AİK klubuna keçdiniz mümkündür?
- AİK böyük azarkeşi olan komandadır. Stokholm da ən gözəl paytaxtlardan biridir.
- Bu keçidi istisna etmirsiz?
- Xeyr.
- Nə düşünürsünüz?
- Şərqdən qərb klubuna bir keçid ola bilər. Ora gedə bilərəm. Amma “Qarabağ”dakı icarə müqaviləsindən razıyam. Təəssüf ki, 2 ay əvvəl zədələndim və komandama kömək edə bilmədim. Buna görə də yaxşı oilmadı. Digər tərəfdən “Olimpakos”a qayıtmağıma elə də çox vaxt qalmayıb. Klubun ispan baş məşçqisi Oskar qarsiya var. “Everton”dan Kevin Mirallas da icarədən dönüb.
- 2018-ci ildən istəyiniz nədir?
- Ümdi edirəm ki, zədələrdən azad olacam və mümkün qədər çox oynayacam. Keçən il olduğu kimi kiçik zədələrlə məşğul olmayacam.
Son xəbərlər
Son Xəbərlər