“Tarix yazmağa çalışacağıq” - Harri Keyn

tarix-yazmaga-calisacagiq
Oxunma sayı: 1914

İngiltərə millisinin hücumçusu Harri Keyn AÇ 2024 öncəsi fikirlərini bildirib.

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, o, çempionatın çətin olacağını deyib:

“Düşünürəm ki, hazırkı heyətimiz ən yaxşılardan biridir. Biz hələ Avropa çempionu olmamışıq. Ona görə də burada tarixi yazmağa çalışacağıq. Bu, qarşımıza qoyduğumuz məqsəddir. Lakin biz bilirik ki, qarşıda bizi uzun və çətin yol gözləyir”.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İngiltərə C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə mübarizə aparacaq.