Tarixdə ilk dəfə Papa İraqa gedir

tarixde-ilk-defe-papa-iraqa-gedir
Oxunma sayı: 1071

Katoliklərin ruhani lideri və Vatikan rəhbəri Papa Fransisk İraqı ziyarət edən ilk Papa olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı Vatikan sözçüsü Matteo Bruni deyib.

“Pandemiya səbəbindən təxminən 16 aydır xarici səfərə gedilmirdi. Bu səyahət Papanın 33-cü xarici səfəri olacaq. Tarixdə ilk dəfə Papa İraqa gedir.

Eyni zamanda, Papa əhalisinin çoxu şiələrdən ibarət olan bir ölkəyə gedir”, - M.Bruni qeyd edib.

Vurğulanıb ki, Papa bu səyahətində zirehli maşınlara üstünlük verəcək.

Səyahət 5-8 mart tarixlərini əhatə edəcək.