Tarixdəki ən böyük cəzalardan biri verildi

tarixdeki-en-boyuk-cezalardan-biri-verildi
Oxunma sayı: 3961

ABŞ-da uşaqları qaçıraraq fahişəliyə məcbur edən cinayətkar dəstənin lideri Brok Franklinə tarixdəki ən ağır cəzalardan biri verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kolorado ştatında tutulan Franklin 30 ayrı cinayətdən hakim qarşısına çıxıb.

Məhkəmə Franklinə 472 il həbs cəzası verib. Bu, ən uzunmüddətli cəzalardan biri kimi tarixə düşüb.

7 nəfərlik dəstənin 4 üzvü tutulub. Digər 3 cinayətkarın axtarışı davam etdirilir.

Tarixdə ən ağır cəzalardan bir neçəsini təqdim edirik:

150 il - Bernie Madoff (saxtakarlıq, 2009-cu il)

835 il - Şalom Veys (saxtakarlıq, 2000-ci il)

957 il – Cefri Dahmer (silsilə cinayətlər, 1992-ci il)

1000 il - Peter Mallori (uşaqları istismar etmək, 2013-cü il)

1000 il - Ariel Kastro (girov götürmə, təcavüz, 2013-cü il)

10 min il və 2 dəfə ömürlük həbs – Dadli Ueyn Kayzer (üç ağır cinayət, 1970-ci illər)