Hazırda dünyanın əsas gündəmi Türkiyədə baş verən dağıdıcı zəlzələ və onun fəsadlarına yönəlib. Lakin bu təbii fəlakət tarixdəki ən güclü zəlzələ hesab edilmir.
“Qafqazinfo” xəbər verir ki, tarixdəki ən güclü zəlzələ 22 may 1960-cı ildə Çilidə qeydə alınıb.
Belə ki, 9.5 bal gücündə baş verən fəlakət Rixter şkalası üzrə bütün zamanların ən böyük zəlzələsi hesab olunur.
Zəlzələnin episentri Çilinin paytaxtı Santyaqodan təxminən 700 km cənubda yerləşən Valdivia şəhəri olub.
Həmçinin, zəlzələ Sakit okeanı əhatə edən sunamiyə də səbəb olub.
Zəlzələ qurbanlarının sayının 3000-ə yaxın olduğu təxmin edilir.
Bundan əlavə həmin zəlzələ 10 dəqiqə davam edib.




Son xəbərlər
Son Xəbərlər