“Tarixi ana şahidlik edirik” - Ərdoğan+Video

tarixi-ana-sahidlik-edirik
Oxunma sayı: 1973

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa Bağlantısının açılış mərasimində çıxış edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan çıxışında deyib:

“Ölkələrimiz və bölgəmiz adına tarixi bir ana şahidlik edirik. Bunun regional bir layihə, sülh layihəsi olduğunu da xüsusilə vurğulmaq istərdim. Bu layihə, hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur. TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir.

2012-ci ilin iyunundan TANAP-ın həyata keçməsi üçün böyük əmək sərf olunub. Daxildən və xaricdən qeyri-sabitliyə, regional gərginliyə, hətta qaynar münaqişələrə baxmayaraq, TANAP-ı planlaşdırıldığı kimi irəlilətdik”.