“Qafqazinfo”nun məlumatına görə, Fici adalarının futbolçuları Mikroneziya komandasına 38:0 hesabı ilə qalib gəliblər. Bununla da onlar beynəlxalq futbol turnirlərinin ən məhsuldar nəticəsinə imza atıblar.
Qeyd edək ki, indiyə qədər beynəlxalq futbol turnirlərinin ən məhsul qarşılaşması 2001-ci ildə keçirilən Avstraliya-Amerika Samoası komandalarının oyunu hesab olunurdu. Bu qarşılaşma avstraliyalıların 31:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Son xəbərlər
Son Xəbərlər