Tarixi serialla ekrana qayıdır

tarixi-serialla-ekrana-qayidir
Oxunma sayı: 3729

“Netflix”in ilk Türkiyə istehsalı “Hakan Muhafız”da yer alan aktyor Çağatay Ulusoy televiziya seriallarına qayıdır. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi TRT ilə müqavilə bağlayaraq tarixi layihədə rol alacaq. 

Ekran işi Osmanlı imperiyasının ilk kapitanı Barbaros Hayreddin Paşanın həyatından bəhs edir. Serialın çəkilişləri isə iki ay sonra start götürəcək.