“Qafqazinfo”nun məlumatına görə, çərasimdə ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç çıxış edib. O, deyib:
“- Cənab Prezident Əliyev.
Hörmətli Narışkin, hörmətli Əsədov.
Mənim üçün ziyafət artıq başa çatdıqdan sonra danışmaq daha asandır. Çünki Siz çıxışınızı ziyafətdən öncə etdiniz, hamı isə naharı gözləyirdi.
Mən cənab Prezident Əliyevə təşəkkürümü bildirirəm. Tariximizdə ilk dəfə idi ki, cənab Prezident bütün günü bizimlə oldu. Bu, məni heç də təəccübləndirmir. O, özü parlament üzvü olub, üç il Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərib. Parlamentarilər bir-birilərini çox asan başa düşür və zəruri məsələləri müzakirə edirlər. Bu, bizim ilk günümüz oldu. Adətən birinci gün ikinci və üçüncü günlərlə müqayisədə daha ağır olur. Biz öz aramızda söhbət apardıq, daha yaxşı anlaşma qurduq.
Biz vahid bir ailəyə - ATƏT-in Parlament Assambleyası ailəsinə çevrilmişik. Mənim üçün ildə üç dəfə bu çərçivədə toplaşmaq şərəfdir. Biz bu gün bir yerdəyik. Öz bəyanatlarımızı, vacib hesab etdiyimiz məsələləri, məlumatlarımızı nəzərdən keçiririk. Digərləri ilə fikir mübadiləsi aparırıq və bu yolla bir-birimizi daha da zənginləşdiririk. Yeni fikirlərlə daha da zənginləşirik. Tam əminəm ki, biz bununla dostluğumuzu daha da gücləndiririk. Nəhayət, bizim bütün məsələlərə diqqət və qayğı ilə yanaşmağımız çox vacibdir. Yəni, biz sırf praqmatik qərarları qəbul edən şəxslər deyilik, biz canlı insanlarıq. Bizim öz hisslərimiz, inamımız var, çalışırıq öz ölkələrimizə mümkün qədər xidmət edək. Hər zaman ölkələrimiz üçün müsbət məqamlara inanırıq. Bu cür xoş məram gec-tez hamımız üçün yaxşı nəticələr verir.
Böyük fərəh hissi ilə qeyd edirəm ki, ATƏT Parlament Assambleyası daha da güclənir, daha çevik olur, daha böyük imkanları yaranır, birliyimiz də güclənir. Birgə çalışmağımız xüsusi əhəmiyyət kəsb edir. Biz ümumi dəyərlərə malikik.
Mən Azərbaycan Respublikasına xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, Siz bizə qeyri-adi qonaqpərvərliyinizi nümayiş etdirdiniz. Mən bu sözləri xoşa gəlmək üçün söyləmirəm. Bu, həqiqətdir. Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq bizim hamımız üçün xüsusi bir gün oldu. Gərgin əməyinizə, ümumi məqsədlərimizə sadiq olduğunuza görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun”.
Son xəbərlər
Son Xəbərlər