San-Fransiskoda tarixdə ən böyük sayılacaq aviaqəzanın qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, iyulun 7-də gecə 5 təyyarə toqquşmadan son anda xilas olub. Belə ki, Torontodan uçan “Air Canada” şirkətinə məxsus təyyarə yerə enərkən uçuş-enmə zolağına deyil, səhvən uçuş zolağına yan alıb. Həmin an isə zolaqda 4 təyyarə olub. Bildirilir ki, dispetçerlər pilotu vaxtında dayandıra biliblər. Təyyarə ikinci cəhddə sağ-salamat yerə enib və xəsarət alan olmayıb.
“United Airlines” aviasiya şirkətinin istefada olan kapitanı Rossa Aymera hadisəni şərh edərək “ Əgər bu həqiqətdirsə, baş verənlər tarixində ən böyük təyyarə qəzası olacaqdı”,- deyib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər