Tarkan 20 günə 32 milyon qazanıb... - Rekord

tarkan-20-gune-32-milyon-qazanib
Oxunma sayı: 744

Megastar Tarkan 7 ildən sonra “10” adlı albomu ilə Türkiyə şou-biznesində canlandırma yarada bilib. “Qafqazinfo” xəbər verir ki, 16 iyunda satışa çıxarılan albomun qısa müddətdə 330 min satışı olub. 

Pop ulduzun yay konsertləri, CD satışı, onlayn mahnı yükləmə saytları, özəl tədbirlərdən əldə etdiyi gəlir böyükdür. Belə ki, müğənni 20 gün ərzində 32, 2 milyon TL pul qazanıb. 

12 milyonluq sponsor...

Bundan əlavə, sənətçi Türkcellin internet üzərindən musiqi dinləmə platforması olan “Fizy” ilə müqavilə imzalayıb və bundan 12 milyon gəlir əldə edib. Həmin platforma Tarkanın “Harbiye Cemil Topuzlu”dakı 7 konsertinə sponsorluq edib. Onun mahnılarını sözügedən platformada 48 saat ərzində 2 milyon insan yükləyib. 

İfaçı 10 iyulda sonuncu dəfə həmin səhnəyə çıxıb konsert verəcək. 

Megastarın həmin səhnə şousunu ümumi olaraq 6 min insan izləyib. Biletlərin 90 faizi satılıb və giriş qiymətləri 82- 606 TL arasında dəyişir. Müğənninin bu konsertlərdən 8,4 milyon qazanacağı gözlənilir. Onun musiqi gecələrinə 45 min insan gəlib və hər bir konserti üçün 250 nəfər işçisi olub. 

330 min satış!

Türkiyədə son 10 ildə 200 min ədəd CD satılmayıb və Tarkan yeni bir rekorda imza atıb (330 min). Onun bir albomunun qiyməti 19,90 Tl-dir, onun bu satışlardan əldə etdiyi gəlir hələlik 6,6 milyon liradır. Pop ifaçısı onlayn musiqi platformasından isə toplam 10 milyon TL pul qazanıb. 

“Formula 1”dən 500 min...

Tarkan Bakıda keçirilən  “Formula 1 Grand Prix” yarışlarının açılışında da səhnə alıb. Bilet qiymətləri 130 – 1500 TL olub, 20 min insan iştirak edib.  Tarkan bu şousundan 500 min dollar ( 1,8 milyon TL) alıb. Bu qonorar Tarkanın 2017-ci ildə toplam əldə etdiyi gəlirlər sırasında önəmli bir yer tutub. 

Tarkanın 20 gün ərzində əldə etdiyi gəlirlər:

Konsertlər - 8, 4 milyon TL

“Formula 1” - 1.8 milyon TL

“Fizy” müqaviləsi - 12 milyon

Albom + onlayn - 10 milyon TL