Tarkanla Pınar Dilekin nikahı ətrafında şayiələr yayılmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, cütlüyün toydan qabaq nikah müqaviləsi imzalamaları müzakirə mövzusuna çevirilib.
Müğənninin 4 illik sevgilisi P. Çelik Tarkanla müqaviləyə imza ata biləcəyini söyləyib.
Bu açıqlamadan sonra cütlük arasında nikah müqaviləsinin bağlanması barədə söz-söhbətlər yayılmaya başlayıb.
Məsələ ilə bağlı 44 yaşlı müğənninin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada cütlük arasında nikah müqaviləsinin imzalanmadığı qeyd olunub:
“Nikah müqaviləsi barədə ilk təklifi P.Çelik edib. Ancaq Tarkan bu müqaviləni qəbul etməyib. Evlilik müddətində əldə etdikləri gəlir ortaq olacaq”.
Qeyd edək ki, Tarkan aprelin 29-da Pınar Dilək adlı xanımla nikah masasına oturub. Sənətçinin Tarabyadakı lüks villasında baş tutan mərasimdə cütlüyün ailə üzvləri və yaxınları iştirak edib.
Xatırladaq ki, cütlüyün toyu may ayının 6-da Kölndə baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər