Tarkan tənqid atəşinə tutuldu

tarkan-tenqid-atesine-tutuldu
Oxunma sayı: 3512

Dünya şöhrətli müğənni Tarkanın yeni mahnısı səs-küyə səbəb olub.

Qafqazinfo” xəbər verir ki, meqastar 6 illik fasilədən sonra çıxardığı albomda yer alan ilk mahnını pərəstişkarları ilə bölüşüb.

Sözləri Sezən Aksuya məxsus “Cuppa” adlı mahnı dinləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Musiqini dinləyənlər tvitterdə Tarkanı tənqid atəşinə tutub. İstifadəçilər mahnını zarafat, bayağı adlandıraraq, Tarkandan və Sezən Aksudan belə bir nəticə gözləmədiklərini dilə gətiriblər.

Aysel Kərimova