Tarkandan Azərbaycana dəstək paylaşımı

tarkandan-azerbaycana-destek-paylasimi
Oxunma sayı: 9137

Türkiyənin dünyaca məşhur müğənnisi Tarkan Azərbaycana dəstəyini ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, pop ulduz 5 milyona yaxın izləyicisi olduğu instaqram səhifəsində Bakı konsertinin məşq prosesindən fotolarını paylaşıb.

O, 2017-ci ildə “Formula 1” çərçivəsində təşkil olunan konsertdə çıxış etdiyini bildirib və Azərbaycana sevgisini dilə gətirib.

Azərbaycanlı izləyicilər, tanınmış yerli şou-biznes ulduzları sənətçiyə dəstək üçün təşəkkür rəyi yazıblar.