Müğənni Tarkan ata olacağını açıqladıqdan sonra dünyanın hər yerindən müxtəlif hədiyyələr alır.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, iyulun sonunda qızı doğulacaq ifaçı uşağına göndərilmiş hədiyyələri ölkənin müxtəlif yerlərində olan uşaq evlərinə bağışlayıb. Onlar arasında xüsusilə geyimlər və oyuncaqlar üstünlük təşkil edir. Artıq əşyalar qutulara qoyularaq yola salınıb.
Qeyd edək ki keçmiş fanatı Pınarla ailəli olan Tarkanın qızı Almaniyada doğulacaq.
Son xəbərlər
Son Xəbərlər