Tarkanın evlənəcəyi qız fanatı imiş... - Foto

tarkanin-evleneceyi-qiz-fanati-imis
Oxunma sayı: 4165

Tarkanın sevgilisi Pınar Dileklə birgə illər əvvəl çəkilmiş fotosu ortaya çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Pınar Dilekin Tarkan pərəstişkarı olduğu məlum olub.

Dilek sənətçinin Almaniyadakı heç bir konsertini qaçırmır və ən ön sıralarda mahnılarını dinləyir.

Hətta Dilek Tarkanın imza gününə qatılaraq xatirə fotosu çəkdirib. Cütlüyün arasındakı boy fərqi də müzakirələrə səbəb olub.

1.55 sm boyu olan gəlin namizədin Tarkandan bir xeyli qısa olduğu gözlərdən qaçmayıb.