Tarkanın həyatından film çəkiləcək

tarkanin-heyatindan-film-cekilecek
Oxunma sayı: 2000

“Meqastar” ləqəbli türkiyəli müğənni Tarkan Tevetoğlunun həyatı lentə alınacaq.

“Qafqazinfo” “Takvim”ə istinadən xəbər verir ki, kinoda ifaçının doğulmasından tutmuş şöhrət pillələrində addımlamasına qədər keçdiyi bütün həyat yolu canlandırılacaq.

45 yaşlı ifaçı filmin ssenarisini özü yazacaq və həyatı ilə bağlı bir çox sirrləri də qələmə alacaq. Filmdə “Meqastar”ın oynayacağı bilinmir.

Qeyd edək ki, Tarkan Almaniyada doğulub. 15 yaşında atasının səhhətinin pisləşməsindən sonra ailəsi ilə birlikdə Türkiyəyə köçüb.