“Tarqovı”da rəsm əsərləri oğurlandı

tarqovida-resm-eserleri-ogurlandi
Oxunma sayı: 1482

Bakıda satış üçün verilən rəsm əsərləri oğurlanıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Şəki şəhər sakini, 1994-cü il təvəllüdlü Qurban Oruclu bildirib ki, dekabrın 24-də özünə məxsus iki rəsm əsərini satması üçün Tarqovıda satışla məşğul olan Əli adlı tanışına verib. 

Yanvarın 28-də Əlinin yanına gedərək rəsmlərin satışı ilə maraqlandığında həmin şəxs əsərlərin yanvarın 24-də oğurlandığını deyib. 

Araşdırma aparılır. 

***

Əsərləri qəbul edən Əli Nuruzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğurluq faktı sübut olunub: “2017-ci ilin dekabr ayında Qurban Oruclu satmaq üçün bizə 3 əsər verdi. Cavan sənətkardır, rəsmləri də özü çəkib. Biz də açıq havada satırıq, onun əsərlərini də bura qoymuşduq. Yanvarın 24-də isə əsərlər itib. Bizim əməkdaşımız Məhəmməd Əmişov əsərlərin yerində olmadığını görüb və polisə xəbər verib. Oğurluq edən şəxs də təhlükəsizlik kamerasına düşüb, onun fotosu da polisdə var. Hələ ki şəxsiyyəti müəyyənləşdirilməyib, polis araşdırılır. Oğurluq edən şəxs də Qurbanın verdiyi əsərlərdən ikisini aparıb. Əsərlərin biri təxminən 200 manat dəyərində olub”.

Murad Əhməd