Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Yanğının söndürülməsi prosesi davam edir.
***
APA-nın məlumatına görə, Bakının Nəsimi rayonundakı Nizami küçəsindəki yaşayış binasının çardağında baş vermiş yanğın hadisəsi yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Yanğınsöndürənlər binanin damındakı yardımçı tikilidəki yanğının mənzillərə keçməsinin qarşısını alıblar.
Yanğın tam söndürülüb.
Fotolar musavat.com-a məxsusdur.



Son xəbərlər
Son Xəbərlər