“Tarqovı”ya giriş bağlanıb?

tarqoviya-giris-baglanib
Oxunma sayı: 4366

“Tarqovı”nın yenidən bağlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, paylaşılan fotolarda oturacaqların lentlərlə bağlanıldığı əks olunub.

Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hazırda polis tərəfindən Nizami küçəsinə giriş və çıxışda hər hansı məhdudiyyətlər tətbiq olunmur: “Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir”.