“Qafqazinfo”nun oxu.az-a istinaən məlumatına görə, yanğın keçmiş “Azərbaycan” kinoteatrı ilə üzbəüz yerləşən binanın ikinci mərtəbəsində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.
Alovun söndürülməsi istiqamətində işlər aparılır.
***
Bakının mərkəzində yanğın “Azərbaycan” kinoteatrı ilə üzbəüz yerləşən "Bristol" otelinin birinci mərtəbəsində fəaliyyət göstərən restoranda baş verib.
FHN-in yaydığı məlumata görə, yanğın restoranın mətbəxindən başlayıb. İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.
Oteldə olanlar dərhal təxliyə edilib. Hadisə yerinə təxminən 4 yanğınsöndürən cəlb olunub və yanğın söndürülüb.
Son xəbərlər
Son Xəbərlər