Yeni Zelandiyada iki məscidə hücum edərək 50 müsəlmanı qətlə yetirən Brenton Tarrantın həbs müddəti uzadılıb.
“Qafqazinfo”nun “The New Zealand Herald”a istinadən verdiyi xəbər görə, Kraystçerç məhkəməsi törətdiyi cinayəti qəbul etməyən cani qatilin 5 aprelə qədər həbsdə qalmasına qərar verib. Polis ona qarşı yeni ittihamların qaldırılacağını desə də, detalları hələlik açıqlamayıb.
Nəşrin məlumatına görə, Tarrant məhkəmə prosesi zamanı törətdiyi əmələ görə peşmanlıq ifadə etməyib, hətta jurnalistlər foto çəkən zaman nasist (Alman faşist ideologiyası) jestlər göstərib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər