“Tarzan”la xanımı təyyarə qəzasında öldü

tarzanla-xanimi-teyyare-qezasinda-oldu
Oxunma sayı: 4889

“Tarzan” serialı ilə dünyada tanınan amerikan aktyor Co Lara dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 59 yaşlı ulduz Tennessi ştatında Perci Prist gölünə düşən təyyarənin göyərtəsində olub.

Qəza nəticəsində aktyorun xanımı Qven Şamblin və daha beş nəfər həlak olub.

Qeyd edək ki, sözügedən şəxslərin cəsədləri tapılmayıb. Xilasetmə qüvvələri göldə axtarışları davam etdirir.