TASS-dan “Bakı 2015” xərcləri barədə xəbərə- - Düzəliş

tass-dan-baki-2015-xercleri-barede-xebere-
Oxunma sayı: 4950


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki,  bu barədə TASS agentliyinə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov məlumat verib.

Xatırladaq ki, əvvəl bəzi mətbuat orqanları TASS-a istinadən açılış və bağlanış mərasimlərinə təqribən 240 milyon manat (229 milyon dollar) vəsaitin xərclənməsi barədə məlumat yaymışdı.

TASS-ın məlumatına əsasən, A.Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinə büdcədən əlavə məbləğ tələb olunmayıb və xərclər 100 milyon manatdan (95 milyon dollar) az olub.