TASS informasiya agentliyinin baş direktoru dəyişdirildi

tass-informasiya-agentliyinin-bas-direktoru-deyisdirildi
Oxunma sayı: 1826

Rusiyanın TASS informasiya agentliyinin baş direktoru dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Baş naziri Mixail Mişustinin müvafiq sərəncamı ilə bu vəzifəyə Andrey Kondraşov təyin olunub.

Baş nazirin digər sərəncamı ilə Sergey Mixaylov vəzifədən azad olunub. 

Qeyd edək ki, A.Kondraşov buna qədər Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin baş direktorunun müavini vəzifəsində çalışırdı.

S. Mixaylov isə 2012-ci ilin sentyabrından TASS-ın baş direktoru idi.

Fotoda Sergey Mixaylov