Tata Martino “Barsa”dan gedir?

tata-martino-barsadan-gedir
Oxunma sayı: 989


 “Qafqazinfo” xəbər verir ki, “TV3” adlı ispan televiziyası Martinonun  yayda “Barselona”dan gedəcəyini iddia edib. Lakin klubun mətbuat xidməti yayılan bu məlumatı təkzib edib. Mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçinin 2015-ci ilə qədər davam edən müqaviləsi var və o, klubdan ayrılmayacaq. 

Martinonun rəhbərliyi altında “Barselona” hazırda lider “Real”Madriddən 4 xal geridə qalır, Çempionlar Liqasında ¼ finala adlayıb və kral kubokunda final mərhələsinə vəsiqə qazanıb.


İqbal