Tatarıstanda “Cessna-17” tipli yüngülmühərrikli ekskursiya təyyarəsi qəzaya uğrayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə Kamskoye Ustye yaşayış məntəqəsində baş verib.
Təyyarənin göyərtəsində ümumilikdə 4 nəfər olub. Onlardan 3-ü həlak olub, daha bir nəfər isə yaralanıb. Ölənlərdən birinin uşaq olduğu bildirilir.
Hadisənin detalları açıqlanmayıb.