Tatarıstanda fasiləsiz Quran oxunacaq

tataristanda-fasilesiz-quran-oxunacaq
Oxunma sayı: 1766


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Tatarıstanın Müsəlman-Ruhani İdarəsinin mətbuat katibi Əhməd Xalikov məlumat verib. O qeyd edib ki, respublikanın əsas ibadətgahı olan Qol-Şərif məscidində bundan sonra Quran ayələri il boyu hər gün səslənəcək. Onun sözlərinə görə, belə bir təşəbbüs Rusiyada ilk dəfədir həyata keçirilir. Ə.Xalikov əlavə edib ki, bununla Kazan İstanbul şəhərindən sonra sutka boyu fasiləsiz olaraq Quran oxunan dünyanın ikinci şəhəri oldu.