Tatarıstanda partlayışda ölən və yaralananlar var - Fotolar+Yenilənib

Tatarıstanda partlayışda ölən və yaralananlar var
Oxunma sayı: 1172

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, qaz sızması nəticəsində 4 nəfər yaralanıb, 32 nəfər isə təxliyyə olunub. Hadisə yerinə Tatarıstanın Baş naziri Aleksey Pesoşin gəlib. 

Məlumata görə, partlayış 5 mərtəbəli binanın son iki mərtəbəsində baş verib. Faktla bağlı cinayət işi açılıb. Naberejnıye Çelnıda isə fövqəladə vəziyyət elan edilib. 

*** 

Partlayış zamanı xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.