​Tatarıstanda təyyarə sərt eniş etdi, iki nəfər öldü

tataristanda-teyyare-sert-enis-etdi-iki-nefer-oldu
Oxunma sayı: 2123

Tatarıstanda yüngül mühərrikli təyyarənin sərt eniş etməsi iki nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə respublikanın Kaleyino kəndində qeydə alınıb.

Tatarıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, kustar üsulla hazırlanan “Yermak” tipli təyyarənin göyərtəsində iki nəfər olub.

Almetyev aeroklubuna məxsus təyyarənin həmin iki nəfər tərəfindən qaçırıldığı da ehtimal edilir.