Tatarıstanın səhiyyə naziri 53 yaşında vəfat etdi

tataristanin-sehiyye-naziri-53-yasinda-vefat-etdi
Oxunma sayı: 3321

Tatarıstanın səhiyyə naziri Marat Sadıkov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, Tatarıstanın Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Ayrat Fərraxov öz teleqram kanalında məlumat verib.

Nazirlə vida mərasimi bazar ertəsi, yanvarın 30-da keçiriləcək.

Qeyd edək ki, Marat Sadıkov 27 yanvar 1970-ci ildə Buinskdə anadan olub. Kazan Dövlət Tibb İnstitutunu Pediatriya ixtisası üzrə bitirib. O, 2018-ci ildən Tatarıstanın Səhiyyə Nazirliyinə rəhbərlik edir.