“Tatlı Sert” serial olur, Müge Anlını o canlandıracaq

“Tatlı Sert” serial olur, Müge Anlını o canlandıracaq
Oxunma sayı: 1866

Türkiyənin ATV telekanalında yayımlanan “Müge Anlı ile Tatlı Sert” verilişi əsasında serial çəkiləcək.

Bu barədə “Qafqazinfo” “Medya Başkent”ə istinadən xəbər verir.

Məlumata görə, “Suçlu” adlı serialın baş rolları Nehir Erdoğan və Erkan Petekkayaya həvalə olunub. 

Belə ki, aktrisa Müge Anlını canlandıracaq (“Elif” obrazı) və “Sessiz Çığlık” adlı televiziya proqramına aparıcılıq edəcək. E. Petekkaya isə polis şefi obrazında olacaq.

Ekran işinin tezliklə “Star TV”də yayımlanacağı gözlənilir.

Erkan Petekkaya

Nehir Erdoğan