Tatlısəs 12 ildən sonra konsert verəcək

Tatlısəs 12 ildən sonra konsert verəcək
Oxunma sayı: 1499

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs 12 ildir uzaq qaldığı konsert səhnələrinə geri dönür.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun aradan sonra sentyabrın 23-də səhnəyə çıxacaq.

Tatlısəsin ard-arda 3-4 konsert verəcəyi və onu nəhəng orkestrin müşayiət edəcəyi gözlənilir.