Tatlısəs həbs oluna bilər

tatlises-hebs-oluna-biler
Oxunma sayı: 2674


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  MESAM (Türkiye Musıki Eseri Sahipleri Meslek Birliği) rəhbərliyiylə əlaqədar müğənni Arif Sağ və qrupu ilə  İbrahim Tatlısəsin də yer aldığı qrup arasındakı mübahisə məhkəmə ilə nəticələnmişdi. Birinci İstanbul Fikri Sinai Haklar Məhkəməsinin hakimi Hazal Zengingül isə müğənni Əli Heydər Timisinin şikayətçi olduğu MESAM-ın lehinə qərar vermişdi.

Məhkəmə qərarına etiraz edən Tatlısəs “Twitter “hesabında  MESAM-ın hüquqşunası  Aslı Aslanın Fikri Sinai Hukuk Məhkəməsinin hakimi Həbibə Aslanın qızı olduğu üçün məhkəmədə MESAM-ın lehinə qərar verildiyini iddia etmişdi. 

Həbibə Aslan isə türkücünün ona böhtan atdığını iddia edərək 100 min lirə mənəvi təzminat tələb edib. 

İstanbul Məhkəməsində Tatlısesin 4 ilə qədər həbs olunması tələbi ilə məhkəmə prosesi baş tutub. Hakim reabilitasiya müalicəsi alan Tatlısəsin sağlamlığına qovuşduqdan sonra məhkəməyə gəlib ifadə verməsinə qərar verib. Məhkəmə prosesi irəli bir tarixə qədər təxirə salınıb.

Könül.