Tatlısəs məşhur mükafatı aldı, tanınmışlar etiraz etdi - Fotolar

tatlises-meshur-mukafati-aldi-taninmislar-etiraz-etdi
Oxunma sayı: 4588

Bu il 5 dekabr – Dünya Qadın Haqları Gününə təsadüf edən 47-ci “Altın Kelebek” mükafatlandırma mərasimində Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəsə “Ömürlük iftixar” mükafatının verilməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, həm tanınmış simalar, həm də digər istifadəçilər qadına qarşı şiddət və ifadələri ilə gündəmə gələn Tatlısəsin bu mükafata layiq olmadığını bildiriblər.

Qeyd olunub ki, eks-həyat yoldaşları Derya Tuna, Perihan Savaş, rəqqasə Asena və müğənni Yıldız Tilbe kimi bir çox qadına sözlü və fiziki şiddət göstərən Tatlısəsin açıqlamalarında “Qadın döyülər də, sevilər də... Döyəcəksən dedikdə ağzını, burnunu qırmayacaqsan. Qadın susmağı, ləyaqətini necə qoruyacağını biləcək... Amma sürəkli dır-dır edərsə, olmaz. Adamda dayanma həddi var” kimi ifadələr işlətmişdi.