“Zeytun budağı” əməliyyatına dəstək vermək üçün cəbhə bölgəsinə gedən sənətçilər qrupunda yer alan İbrahim Tatlısəslə səfərə getməyən Demet Akalın arasında gərginlik yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Tatlısəsin “Yusuf-yusuf edənlər gəlmədi” sözünə əsəbiləşən D.Akalın yaxın günlərdə qardaşının hərbi xidmətə gedəcəyini deyərək, bölgəyə səfərə gedən müğənnilərin öz övladlarını əsgərliyə göndərmələrini istəmişdi.

“İmperator” bu sözlərə oğlunun hərbi xidmətdəki fotosu ilə cavab verib və bu qeydi yazıb:
“Demet xanım, sözüm sizə deyildi. Mənə verilən sualda sizin adınızı belə eşitməmişəm. Sözü kimə dediyimi bilən bilir. Söhbət vətən sevgisindən gedirsə, oğlum Əhməd Sarıqamışda hərbi xidmətdə olub. Uğurlarına görə 3 medal alıb”.

Qeyd edək ki, D.Akalın cəbhə bölgəsinə səfər üçün dəvətnamə almadığını, İ.Tatlısəs isə hər kəsə dəvətnamə göndərildiyini bildirmişdi. Bundan sonra tərəflər arasında gərginlik başlamışdı.
Son xəbərlər
Son Xəbərlər