Taxıl biçməyə gələn kombaynçı yaralandı

Taxıl biçməyə gələn kombaynçı yaralandı
Oxunma sayı: 780

Qaxa taxıl biçməyə gələn kombaynçı ağır bədən xəsarətləri alıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə iyunun 12-si axşam saatlarında rayonun Ağyezli kəndində baş verib. Ağcabədidən sözügedən taxıl biçmək üçün iritonnajlı yük maşını ilə gətirilən kombaynı maşının qoşqusundan düşürən zaman kombaynçı, Ağcabədi rayon sakini 1965-ci il təvəllüdlü Murad Şirin oğlu Əhmədov kombaynın üstündən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

M. Əhmədov Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi